Al-Fatihah · 1:1
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ
Mərhəmətli və Rəhmli Allahın adı ilə!
Толкование · əs-Səədi · Аят 1
Bu o deməkdir ki, mən Allahın adı ilə başlayıram. Bu söz birləşməsinin lüğəti təhlilindən aydın olur ki, burada Uca Rəbbin bütün gözəl adları nəzərdə tutulur.
Allah – bu adlardan biridir və "O, İlahiləşdirilən, İbadət Edilən, Tək, Öz ilahi – kamil və nöqsansız sifətlərinə görə ibadətə layiq olan Rəbdir".
Gözəl Mərhəmətli və Rəhimli adları Onun böyük rəhmdilliyinin dəlilləridir ki, hər şeyi və hər varlığı əhatə edir. Allahın təqva sahibi olan və Onun peyğəmbərlərinin və elçilərinin yolu ilə gedən qulları tam mənada Allahın rəhmi ilə mükafatlandırılacaqlar. Bütün digər məxluqlar isə Allahın mərhəmətinin ancaq bir qismini alacaqlar.
Nəzərə almaq lazımdır ki, sələflərdən olan bütün din alimləri Allaha və Onun ilahi sifətlərinə iman gətirməyin zəruri olması haqqında yekdil idilər. Allah – Mərhəmətli və Rəhimlidir, yəni, qullarında təcəssüm edən rəhm sahibidir. Bütün nemətlər və savablar Onun mərhəməti və rəhminin saysız-hesabsız təzahürlərindən biridir. Eyni tərifi Allahın qalan adları haqqında da demək olar. O hər şeyi biləndir, yəni, bütün məxluqat haqqında biliyə malikdir. O hər şeyə qadirdir, yəni, qüdrət sahibidir və bütün məxluqat üzərində hökmrandır.