As-Saff · 61:3
كَبُرَ مَقْتًا عِندَ ٱللَّهِ أَن تَقُولُوا۟ مَا لَا تَفْعَلُونَ
Etməyəcəyiniz şeylərdən danışmağınız Allah tərəfindən böyük nifrətlə qarşılanır.
Толкование · əs-Səədi · Аяты 2–3
Niyə siz xeyirxahlıqdan danışırsınız, onu etməyə çağırırsınız, ola bilsin ki, hətta onunla öyünürsünüz də, amma özünüz bunu həyata keçirmirsiniz? Niyə siz insanlara şərdən çəkinməyi öyrədirsiniz və özünüzü elə göstərirsiniz ki, sanki siz ondan uzaqsınız, halbuki əslində siz özünüz nöqsanlar və cinayətlər burulğanının içindəsiniz? Məgər möminə belə davranış yaraşarmı? Bir işi özü yerinə yetirmədiyi halda, onu başqalarına bəyan edən adamdan Allah yanında daha nifrətamiz kim ola bilər?
İnsanlara xeyirxahlıq öyrədən hər kəs, onu yerinə yetirənlər arasında birinci sıralarda olmalıdır. O şəxs ki, başqalarını şərdən qorunmağa çağırır, ilk növbədə özü ondan qorunmalıdır. Fövqəluca buyurur: “Məgər siz insanları xeyirxahlıq etməyə çağıraraq, özünüzü unudacaqsınız? Axı siz Kitab oxuyursunuz! Məgər siz ağıllanmayacaqsınız?” (Bəqərə, 2/44). Şueyb peyğəmbər (ə) isə demişdir: “...Mən istəmirəm ki, sizdən fərqlənim və sizə qadağan etdiklərimi özüm edim ...” (11/88).