At-Talaq · 65:1
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ يَٰٓأَيُّهَا ٱلنَّبِىُّ إِذَا طَلَّقْتُمُ ٱلنِّسَآءَ فَطَلِّقُوهُنَّ لِعِدَّتِهِنَّ وَأَحْصُوا۟ ٱلْعِدَّةَ ۖ وَٱتَّقُوا۟ ٱللَّهَ رَبَّكُمْ ۖ لَا تُخْرِجُوهُنَّ مِنۢ بُيُوتِهِنَّ وَلَا يَخْرُجْنَ إِلَّآ أَن يَأْتِينَ بِفَٰحِشَةٍۢ مُّبَيِّنَةٍۢ ۚ وَتِلْكَ حُدُودُ ٱللَّهِ ۚ وَمَن يَتَعَدَّ حُدُودَ ٱللَّهِ فَقَدْ ظَلَمَ نَفْسَهُۥ ۚ لَا تَدْرِى لَعَلَّ ٱللَّهَ يُحْدِثُ بَعْدَ ذَٰلِكَ أَمْرًۭا
Ey Peyğəmbər! Qadınları boşadığınız zaman onları gözləmə müddətlərində boşayın, gözləmə müddətini hesablayın və Rəbbiniz olan Allahdan qorxun. Onları, açıq-aşkar zinakarlıq etmələri istisna olmaqla, öz evlərinizdən qovub çıxartmayın və onlar özləri də çıxmasınlar. Bu, Allahın hüdudlarıdır. Allahın qoyduğu hüdudları aşan kimsə özünə zülm etmiş olar. Sən bilmirsən, ola bilsin ki, Allah bundan sonra başqa bir hökm versin.
Толкование · əs-Səədi · Аят 1
Fövqəluca Peyğəmbərinə (ona Allahın salavatı və salamı olsun!) və bütün möminlərə müraciət edir və bildirir ki, əgər onlar zövcələrini boşamaq niyyətinə düşsələr, bunu edə bilərlər. Lakin buna səbəb olsa da, talaq verməyə tələsmək lazım deyil və Allahın ehkamlarına uyğun olaraq qanuni yolla boşanmaq lazımdır.
Ər və arvad müəyyən olunmuş müddət bitdikdə boşanırlar. Bu müddəti yalnız o halda saymağa başlamaq olar ki, ər arvadına, o, aybaşı qanaxmasından təmizləndikdən sonra talaq vermiş olsun və ər arvadının son aybaşısından sonra onunla cinsi əlaqəyə girməmiş olsun. Yalnız müəyyən olunmuş müddətə layiqincə riayət edildikdə, şəriət boşanmaya icazə verir.
Əgər ər arvadına arvadın aybaşısı başlayan zaman boşanma elan edərsə, onda cari qanaxmanın müddəti hesaba alınmır və boşanma üçün müəyyən olunmuş müddət artırılır.
Eyni hal, ər iki aybaşı arasındakı dövrdə, əvvəlki qanaxmadan sonra yenə arvadı ilə cinsi əlaqəyə girdikdə də tətbiq edilir. Bunun səbəbi – qadının hamilə ola bilməsidir və buna görə boşanma üçün hansı müddətin müəyyən edilməsi aydın olmur.
Ey möminlər! Bu müddətin hesabını aparın, yəni, aybaşı qanaxması varsa, onun günlərinin sayını müəyyən edərkən dəqiq olun, əgər aybaşı olmursa və ya arvad hamilədirsə, aylar üzrə hesablayın.
Boşanma üçün müəyyən olunmuş müddətin qeydiyyatını apararkən, boşanan ər-arvad Allah qarşısında və gələcəkdə bu qadınla evlənəcək insan qarşısında öz vəzifələrini yerinə yetirirlər. Bunun sayəsində həmçinin boşanma üçün müəyyən olunmuş bütün müddət ərzində arvadını saxlamağı və onun maddi təminatını ödəməyi öz öhdəsinə götürən ərin də hüquqlarına riayət edilmiş olur. Əgər bu müddət təyin olunmuşsa, onda hər iki tərəf bir-birinin qarşısında öz vəzifələrini yerinə yetirməlidirlər.
Müddətin hesabını aparmaq vəzifəsi ərə və həddi-buluğ yaşında olan arvada həvalə edilir. Əgər arvad həddi-buluğ yaşına çatmayıbdırsa, onda bu məsuliyyət ona zamin duran şəxsin öhdəsinə düşür.
Ey möminlər! Hər bir təşəbbüsünüzdə Allahdan ehtiyat edin, Ondan qorxun və boşandığınız arvadlarınızın haqlarına riayət edin. Onları müəyyən olunmuş müddət ərzində evlərinizdən qovmayın, çünki o müddət keçənədək arvad ərinin evində qalmalıdır. Bundan başqa, onun bu evi tərk etməyə icazəsi də yoxdur.
Allah arvadlarınızı evlərinizdən qovmağı qadağan etmişdir, çünki arvadı evlə təmin etmək ərin vəzifəsidir və arvad müəyyən olunmuş boşanma müddəti bitənədək ərinin evində yaşamaq haqqına malikdir. Allah həmçinin qadınlara evdən çıxmağı qadağan etmişdir, çünki bu hərəkəti ilə arvad ərinin hüququnu pozmuş və onun namusuna qəsd etmiş olur[1]. Bu hər iki qadağa müəyyən olunmuş müddətin lap sonunadək qüvvəsini saxlayır.
Əgər boşanmış arvad əxlaqsız hərəkətlər etməyə başlayarsa, onda ərə onu evdən qovmağa icazə verilir, çünki əks təqdirdə, arvad evin sakinlərinə öz təhqiramiz hərəkətləri və cinayətləri ilə yaramaz təsir göstərə bilər. Buna bənzər bir hal olduqda, arvad özü ərini onu qovmağa vadar etmiş olur. Boşanmış arvadına evində sığınacaq verməklə ər onu ovundurmağa və ona yaxşılıq etməyə cəhd göstərir və əgər qadın bunun əvəzində özbaşınalıq etməyə başlayırsa, özü özünə ziyan vurur. Bütün bunlar boşanması hələ qətiləşməmiş arvadlara aiddir ki, ərləri onların nikahını müddət keçənə qədər hələ bərpa edə bilərlər.
Qəti boşanmış arvadlara gəldikdə isə, ər ona sığınacaq verməyə borclu deyil, çünki mənzil ərin arvadı qarşısında götürdüyü maddi öhdəliklərin bir hissəsidir, ər isə, yalnız nikahını bərpa edəcəyi arvadına maddi kömək etməyə borcludur.
Allahın qulları üçün təyin etdiyi hədləri belədir. O (Pak və Müqəddəs), onları Özünün qanunları etmiş və insanların onları yerinə yetirməsini və heç vaxt onları pozmamalarını buyurmuşdur. Kim Allahın sərhədlərini aşarsa və qanununu pozarsa, yalnız özünə zərər vurar və özünü Allahın qanunlarına riayət etməsi sayəsində nail ola biləcəyi mükafatdan məhrum etmiş olar. Bu mükafat yer üzündə və ölümdən sonra əmin-amanlığın zəmanətidir.
Boşanmaq üçün təyin olunmuş müddətə riayət edilməsi haqqında hökm böyük bir hikmətdən ibarətdir. Birincisi, ola bilsin ki, Allah boşanmış ər-arvadın ürəklərinə məhəbbət və rəhm hissi salsın və onda ər nikahı bərpa etsin. Bundan ötrü o, müddətin nə vaxt bitdiyini dəqiq bilməlidir. Həm də ola bilər ki, ər arvadı ilə hansısa müəyyən bir səbəbə görə boşanmışsa, həmin müddət ərzində həmin səbəb aradan qalxsın və belə olduqda da ər yenə nikahı bərpa edə bilər. İkincisi isə, bu müddət gözləmə dövrüdür və o qurtardıqdan sonra aydın olur ki, arvad bətnində ərindən uşağa qalmamışdır.