Al-Jinn · 72:28
لِّيَعْلَمَ أَن قَدْ أَبْلَغُوا۟ رِسَٰلَٰتِ رَبِّهِمْ وَأَحَاطَ بِمَا لَدَيْهِمْ وَأَحْصَىٰ كُلَّ شَىْءٍ عَدَدًۢا
hər kəs onların, Rəbbinin göndərdiklərini necə təbliğ etdiyini bilsin. Allah onların nə etdiklərini nəzarəti altında saxlayır və hər şeyi ayrı-ayrılıqda hesaba alır”.
Təfsir · əs-Səədi · Ayələr 26–28
O (Pak və Müqəddəs), tək Özü məxfi saxlanan bütün niyyətlərdən və gizli düşüncələrdən xəbərdardır və qeybə məxsus biliklərinin bir hissəsini, Öz ilahi hikmətinə uyğun olaraq, yalnız elçilərinə açır. Bunun səbəbi ondadır ki, Allahın elçiləri (onlara Allahın salamı olsun!) başqa insanlara bənzəmirlər. Fövqəluca onların qəlbini fövqəladə güclü etmişdir ki, onlar vəhyi yadda saxlaya bilsinlər və Allahın nəsihətlərini olduğu kimi insanlara çatdıra bilsinlər. O (Pak və Müqəddəs), Öz Vəhyini şeytandan qorumuşdur və ona imkan verməmişdir ki, ona nəyi isə əlavə etsin və vəhydən nəyi isə oğurlayıb çıxartsın. Lakin, buna baxmayaraq, O (Pak və Müqəddəs), Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) mühafizəçilər təhkim etmişdir ki, onu (s.ə.s), Allahın iradəsi ilə, qorusunlar. Bunun sayəsində O (Pak və Müqəddəs), onların, Rəbbinin vəhylərini Onun qarşılarında açdığı yollarla çatdırdıqlarını öyrənirdi. O (Pak və Müqəddəs), bunu etsə belə, elçilərin nəyi gizlətməsi və ya aşkar həyata keçirməsi haqqında hər şey Ona, onsuz da, məlum idi, çünki O (Pak və Müqəddəs), bütün var olan şeyləri əzəldən hesaba almışdı.
Bu surədən çoxlu faydalı nəticələr əldə etmək olar:
Cinlər, həqiqətən, mövcuddurlar. Allah onlara Özünün hökümlərinə və qadağalarına riayət etməyi həvalə etmişdir və Qiyamət günü onlara əməllərinin əvəzini verəcəkdir. Bütün bunlar bu surədə aydın ifadə edilmişdir.
Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) təkcə insanlara deyil, cinlərə də göndərilmişdi, çünki Allah bir dəstə cini Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) nazil ediləni dinləməyə yönəltmişdi ki, onlar eşitdiklərini öz qəbilədaşlarına çatdırsınlar.
Cinlər fərasətlidirlər, Allah haqqında böyük ehtiramla danışırlar, haqqı yalandan ayırırlar. Onların Quran nəsihətlərinin doğruluğunu başa düşən kimi iman gətirmələri heç də əsassız deyildi.
Allah Öz Elçisini (ona Allahın salavatı və salamı olsun!) himayəsi altında saxlayır və onun (s.ə.s) bu dünyamıza gətirdiyi təlimini qoruyur. Muhəmmədin (ona Allahın salavatı və salamı olsun!) peyğəmbərliyi haqqında müjdə Məkkəyə yayılan kimi, Allah mələklərinə göyləri şeytanlardan qorumağı, onları ulduzlarla vurmağı, göydəki oturaqlardan qovmağı və qaçmağa məcbur etməyi əmr etmişdi. Bununla da Allah yer sakinlərinə elə bir mərhəmət göstərmişdi ki, biz onu hətta tam mənada dəyərləndirə bilmirik. O (Pak və Müqəddəs), bizi doğru yola yönəltmək, Özü haqqında bilik vermək istəmiş, Öz dininin və Öz qanununun yer üzündə hökümran olması lütüfkarlığını göstərmişdir. Ağıl sahibləri təkcə buna valeh olur və vəcdə gəlirlər. Bunun sayəsində islam yer üzündə hökm sürməyə başlamış və bütlərə və uydurma ilahlara ibadət edənlərin hamısından üstün olmuşdur.
Cinlər Allahın Elçisini (ona Allahın salavatı və salamı olsun!) böyük həvəslə dinləyirdilər və onun (s.ə.s) ətrafında toplaşırdılar.
Bu surə bütövlükdə tövhidə və məxluqlara ibadətin haram olmasına həsr edilmişdir. Surədə Allahın məxluqlarının qüsurlu məziyyətləri əksini tapmışdır və aydın göstərilmişdir ki, onlardan heç biri ona ibadət edilməsinə layiq deyil, axı hətta Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) də nəinki başqalarına, hətta özünə belə nə zərər vura, nə da fayda verə bilməzdi[2]. Buna görə aydın olur ki, bu, heç başqalarına da müyəssər ola bilməz. Bu qabiliyyəti insanlardan və ya digər məxluqlardan kiməsə aid edənlər ağır günah işlədir və ən böyük zalımlıq edirlər.
Qeybə aid biliklər yalnız Allaha məlumdur və O (Pak və Müqəddəs), onun bir hissəsini yalnız Onun mərhəmətinə nail olanlara açır.[3]
[1] Məhz buna görə, mən bu ayənin çevirisində (تَعَالٰى جَدُّ رَبِّنَا) ifadəsini “Rəbbimizin əzəməti və cəlalı fövqəlalidir” kimi verdim, çünki bu ifadə Fövqəluca Allahın şəninə daha çox yaraşır və Onun ilahi mahiyyətinin qeyri-adiliyini, hətta alilikdən yüksək məqama malik olduğunu nümayiş etdirir. Öz düşüncələrini bildirmək istəyən qərəzsiz oxucular bu Təfsirin tərcüməçisinin e-ünvanına (odersalafi@gmail.com) müraciət edə bilərlər. F.S.
[2] Allah istəmədikcə. F.S.
[3] Allah hər şeyə qadir olduğu və Ona heç bir şeyin maneə olmadığı üçün, əzəli qədərə müvafiq olaraq, hüdudsuzluğa qədər, istədiyini etməkdə sərbəstdir və Ona, hətta Özünün öncədən müəyyən etdiyi qərarları belə mane ola bilməz. Bu müddəamız bütünlüklə Allahın Quranına və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) Sünnəsinə əsaslanır. F.S.