At-Talaq · 65:4
وَٱلَّٰٓـِٔى يَئِسْنَ مِنَ ٱلْمَحِيضِ مِن نِّسَآئِكُمْ إِنِ ٱرْتَبْتُمْ فَعِدَّتُهُنَّ ثَلَٰثَةُ أَشْهُرٍۢ وَٱلَّٰٓـِٔى لَمْ يَحِضْنَ ۚ وَأُو۟لَٰتُ ٱلْأَحْمَالِ أَجَلُهُنَّ أَن يَضَعْنَ حَمْلَهُنَّ ۚ وَمَن يَتَّقِ ٱللَّهَ يَجْعَل لَّهُۥ مِنْ أَمْرِهِۦ يُسْرًۭا
Heyzdən kəsilmiş yaşlı qadınlarınızın iddəsi barəsində şübhəniz varsa, onların, eləcə də hələ heyz görməmiş qızların gözləmə müddəti üç aydır. Hamilə qadınların gözləmə müddəti isə onlar hamiləlikdən azad olana qədərdir. Kim Allahdan qorxarsa, Allah onun işini asanlaşdırar.
Tafsir · əs-Səədi · Verse 4
Boşanmanı bundan ötrü təyin edilmiş müddətə müvafiq olaraq həyata keçirməyi buyurduqdan sonra, Allah bu müddətin davamiyyətini insanlara xəbər verir. Əgər qadının aybaşı dövrü artıq sona yetmişsə, onda boşanma üçün təyin olunmuş müddət, hətta ər heyizin kəsilməsinə şübhə etsə belə, üç aya bərabərdir. Bu zaman hər ay bir aybaşı dövrünə bərabərdir. Aybaşı qanaxmaları qadınlarda ahıl yaşa görə və ya başqa səbəblər üzündən kəsilə bilər, ər isə buna, əgər əvvəllər arvadından müntəzəm aybaşı qanaxmaları olduğu halda şübhə edə bilərdi.
Cinsi yetginliyə çatmamış və hələ aybaşı qanaxmaları olmayan qızlar və heç vaxt aybaşı qanaxmaları olmayan ahıl qadınlar üçün müəyyən edilmiş müddət də üç aydan ibarətdir.
Müntəzəm aybaşı qanaxmaları olan qadınlara gəldikdə isə, onların haqqında Fövqəluca belə buyurur: “Boşanmış qadınlar üç aybaşı müddəti ərzində gözləməlidirlər. Əgər onlar Allaha və Axirət gününə iman gətirirlərsə, Allahın onların bətnində yaratdığını gizlətməyə onlara icazə verilməmişdir. Ərlər bu dövr ərzində barışmaq istəsələr, onları qaytarmaq haqqına malikdirlər...” (Bəqərə, 2/228).
Hamilə qadınlar üçün isə müəyyən olunmuş müddət onların bətnlərində daşıdıqlarından azad olanadək, yəni uşaq və ya əkizlər dünyaya gələnədək davam edir. Bu halda ayların sayının müəyyənləşdirilməsinin mənası yoxdur.
Allahdan qorxana O (Pak və Müqəddəs), çətin məsələlərinin həllində və ağır yükdən azad olmaqda kömək edir.