At-Taghabun · 64:17
إِن تُقْرِضُوا۟ ٱللَّهَ قَرْضًا حَسَنًۭا يُضَٰعِفْهُ لَكُمْ وَيَغْفِرْ لَكُمْ ۚ وَٱللَّهُ شَكُورٌ حَلِيمٌ
Əgər Allaha gözəl bir borc versəniz (malınızı Onun yolunda xərcləsəniz), O bunu sizin üçün qat-qat artırar və sizi bağışlayar. Allah şükürün əvəzini verəndir, Həlimdir.
Толкование · əs-Səədi · Аят 17
Fövqəluca Öz qullarını səmimiyyətlə sədəqə verməyə ruhlandırır və onu gözəl borc adlandırır. Söhbət vicdanlı yolla qazanılmış əmlakdan Allah xatirinə və Onun bəyəndiyi tərzdə verilən istənilən ianələrdən gedir. Belə xeyirxahlıqlara görə Allah mükafatı on dəfədən yeddi yüz dəfəyədək və daha artıq artırır. Bundan başqa səmimiyyətlə verilən ianələrə və sədəqələrə görə O (Pak və Müqəddəs), insanların günahlarını bağışlayır, çünki məhz xeyirxahlıqlar və qurbanlıqlar insanın qüsur və nöqsanlarını yuyur. Allah bu barədə belə deyir: “...Həqiqətən, xeyirli əməllər yaramazlığı uzaqlaşdırır...” (Hud, 11/114).
Allah – Şükrəəvəzverən və Həlimdir. O (Pak və Müqəddəs), günahkarları cəzalandırmağa tələsmir və onlara möhlət verir, lakin O (Pak və Müqəddəs), heç vaxt onları unutmur.
Fövqəluca buyurur: “Əgər Allah insanları, onların əldə etdiklərinə görə cəzalandırsaydı, onda O, onun[6] üstündə bir nəfər belə canlı saxlamazdı, amma O, onlara təyin olunmuş müddətədək möhlət verir...” (35/45).
Xeyirxah işlər görənlərə isə, Fövqəluca Allah minnətdardır və onlardan hətta ən cüzi yaxşılıqları da qəbul edir və əvəzində böyük mükafat bağışlayır. Fövqəluca Onun xatirinə iztirablara və çətinliklərə dözüm göstərən, yüngül olmayan vəzifələrini layiqincə yerinə yetirən hər kəsə Öz təşəkkürünü bildirir və bu yolda bir şeydən məhrum olanlara, Allah Öz mərhəməti sayəsində daha yaxşısını əvəz verir.