At-Taghabun · 64:9
يَوْمَ يَجْمَعُكُمْ لِيَوْمِ ٱلْجَمْعِ ۖ ذَٰلِكَ يَوْمُ ٱلتَّغَابُنِ ۗ وَمَن يُؤْمِنۢ بِٱللَّهِ وَيَعْمَلْ صَٰلِحًۭا يُكَفِّرْ عَنْهُ سَيِّـَٔاتِهِۦ وَيُدْخِلْهُ جَنَّٰتٍۢ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ خَٰلِدِينَ فِيهَآ أَبَدًۭا ۚ ذَٰلِكَ ٱلْفَوْزُ ٱلْعَظِيمُ
O gün Allah sizi Toplanma gününə cəm edəcək. Həmin gün qarşılıqlı aldanma günüdür. Hər kəs Allaha iman gətirib yaxşı işlər görsə, Allah onun günahlarını bağışlayar və onu ağacları altından çaylar axan Cənnət bağlarına daxil edər. Onlar orada əbədi qalacaqlar. Bu, böyük müvəffəqiyyətdir.
Толкование · əs-Səədi · Аят 9
Allahın yaradılışın başlanğıcından bəri yaşamış şəxslərin hamısını bir yerdə cəm edəcəyi Böyük Toplanış gününü də unutmayın! Onlar Rəbbin hüzurunda qorxu və dəhşət içində toplaşacaqlar və O (Pak və Müqəddəs), onların etdikləri bütün işləri onlara xəbər verəcəkdir.
Həmin gün məxluqların arasında əsil fərq üzə çıxacaqdır. Allah onların bir qismini Cənnətin uca məqamlarına yüksəldəcək və orada onlara içində cürbəcür gözəlliklərin və ləzzətlərin dolu olduğu hündür mənzillər[2] və uca imarətlər[3] bağışlayacaqdır. Digərləri isə Cəhənnəmin ən aşağı təbəqələrinə - narahatçılıq, qəm-qüssə və əzab-əziyyətli cəza məskəninə vasil ediləcəklər. Bütün bunlar – onların maddi dünya həyatında etdikləri və törətdikləri əməllərin bəhrəsi olacaqdır.
Bu, məxluqlar arasında əsil fərqin aşkar edildiyi qarşılıqlı aldanış günü olacaqdır. Allah möminlərə, günahkarların məhrum edildiyi, xeyirli qismət bəxş edəcəkdir və onda günahkarlar biləcəklər ki, onlar yoldan necə azmışmışlar və indi necə bir zərərə uğramışlar.
Sonra Allah nəyin uğur və səadətin zəmanəti, nəyin isə bədbəxtliyin və əzab-əziyyətin rəhni olduğunu bildirir. Allah Ona iman gətirən və Rəbbin nəyə iman gətirməyi əmr etdiyinə şübhə etməyərək, xeyirxahlıq edən, həm fərz, həm də könüllü ibadət ayinlərini yerinə yetirən, Allah qarşısında və insanlar qarşısında öz vəzifələrini icra edənin pis əməllərini bağışlayır. O, çaylar axan Cənnət bağlarına girəcəkdir. Onlarda insanların arzu etdikləri, baxışlarının valeh olduğu, ürəklərindən keçirdikləri və könüllərinin istədiyi hər şey vardır. Həqiqətən, bu, bütün istəklərin həddindədir.