Abasa · 80:42
أُو۟لَٰٓئِكَ هُمُ ٱلْكَفَرَةُ ٱلْفَجَرَةُ
Məhz onlar kafirlər, günahkarlardır!
Təfsir · əs-Səədi · Ayə 42
Onlar Allaha Onun göstərdiyi mərhəmətinə görə minnətdarlıq etməkdən boyun qaçırardılar, Onun ayələrini rədd edərdilər və Onun qadağalarını pozmağa cəsarət edərdilər. Ey Rəbbimiz! Bizi bağışla və bundan xilas et, axı Sən – Səxavətlisən, Alicənabsan!
[1] Kursiv mənimdir. F.S. Müəllifin bu dəyərli müddəası Qurana əsaslanır, İlahi hikmətini və mərhəmətini ifadə edir. Lakin insanların böyük əksəriyyəti bu mütləq həqiqəti olduğu kimi dərk etmir və ya etmək istəmir. Əgər insanlar Fövqəlqüdrətli Allahın onları fasiləsiz idarə və müşahidə etdiyinə iman gətirsəydilər və buna uyğun davransaydılar, onda onların həyatı kifayət qədər asanlaşmış olardı və onlar Qiyamətə və əbədi səadət hazırlaşmağı üstün tutardılar. F.S.
[2] Müəllifin, ayənin bilavasitə mətni ilə bağlı olmadığı üçün, qeyd etmədiyi və otlarla bağlı bir qeydi oxucuların nəzərinə çatdırmaya bilmərəm. Peyğəmbərimizin (ona Allahın salavatı və salamı olsun!) bəşəriyyətə, ilk növbədə isə müsəlmanlara irs qoyduğu Təbabətində məhz Allahın xəlq etdiyi saysız-hesabsız şəfalı otlardan və dərman bitkilərindən bəhs edilməkdədir. Düzdür, bu gün bu ilahi təbabəti, nədənsə, həm bizim ölkəmizdə, həm də əksər xarici ölkələrdə “xalq təbabəti” deyə adlandırırlar. Bunlar məhz Müdrik Allahın yer üzündə yaratdığı misilsiz ot və bitkilərin və onların barəsində müalicə səciyyəsi daşıyan məlumatları isə, Allahın elçiləri (onlara Allahın salamı olsun!) vasitəsilə bəşəriyyətə çatdırıldığı bir şəraitdə insana bəlli olmuşdur. Görünür ki, Allahı və Onun peyğənbərlərini unudan kütlələr şəfanın Kim tərəfindən nazil edilməsini də unutduqları üçün, onu “xalq” adı ilə bağlamışlar. Bu isə xalqa deyil, Xaliqə, yerin, insanın, göylərin və bütün digər varlıqların Yaradanına qarşı yalnız laqeydlikdən doğmuş bir fenomendir. Əslinə qaldıqda, nə rəsmi tibb, nə də “xalq təbəbətinin” nailiyyətləri bəşər təfəkkürünə insanların öz istəyi ilə qazandırdığı bir gerçəklik deyil, yalnız Allahın qədəri ilə nizamlanan proseslərdir. Allah istəmədikcə, hər şeyin qədərində nəzərdə tutmadıqca heç nə baş verə bilməz. Allahın yer üzündə yaratdığı çoxsaylı otlar və bitkilər haqqında, oxucu üçün, güman edirəm bu məlumat hələlik bəsdir. F.S.