Al-Jumuah · 62:3
وَءَاخَرِينَ مِنْهُمْ لَمَّا يَلْحَقُوا۟ بِهِمْ ۚ وَهُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ
Allah səni hələ müsəlmanlara qoşulmamış başqalarına da elçi göndərmişdir. O, Qüdrətlidir, Müdrikdir.
Tafsir · əs-Səədi · Verse 3
Allahın mərhəməti nəinki təkcə savadsız ərəblərə və nəinki təkcə insanlara qismət olmuşdu. Ərəblərlə yanaşı o[3], islamı sonra qəbul edən və Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) yaşadığı dövrdə iman gətirənlərə qoşulan Kitab əhlinə də qismət olmuşdu.
Quran şərhçilərinin bəziləri belə hesab edirdilər ki, “...onlara qovuşmayanlar...” sözləri Peyğəmbərin (s.ə.s) səhabələrini, zamanla əlaqədar, görməyən müsəlmanlara aiddir. İkinci bir rəyə görə isə, həmin sözlər – müsəlmanların bütün sonrakı nəsillərinin saleh səhabələrin qalxdığı pilləyə yüksələ bilməyəcəklərini ehtiva edir. Gətirdiyimiz hər iki şərh doğrudur. Heç kəs, Allahın Elçisini (ona Allahın salavatı və salamı olsun!) görmüş və onunla (s.ə.s) birgə islamı yaymış şanlı səhabələrin özləri ilə apardıqları yüksək mükafatlara artıq nail ola bilməz.