Al-Jumuah · 62:4
ذَٰلِكَ فَضْلُ ٱللَّهِ يُؤْتِيهِ مَن يَشَآءُ ۚ وَٱللَّهُ ذُو ٱلْفَضْلِ ٱلْعَظِيمِ
Bu, Allahın lütfüdür, onu istədiyinə verir. Allah böyük lütf sahibidir.
Tafsir · əs-Səədi · Verse 4
Fövqəluca qullarını ilahi təlimatdan məhrum etməmişdi və onları unutmamışdı və elə bu, Onun fövqəlqüdrətini və müdrikliyini təsdiq edir. O (Pak və Müqəddəs), bəşəriyyətə Öz elçilərini (onlara salam olsun!) hökümləri və qadağaları ilə göndərmiş və onları Özünün seçilmiş nümayəndələri etmişdir. Bu – Allahın ən böyük lütüfkarlığıdır ki, O (Pak və Müqəddəs), onunla istədiklərini himayə edir. Bu mərhəmətlə nə sağlamlıq, nə var-dövlət, nə də digər maddi nemətlər müqayisəyə gəlməz, çünki haqq yola yönəldən nəsihətdən yaxşı heç nə ola bilməz. Bu Nəsihət Allahın quluna Böyük Uğur əldə etməyə və Əbədi Səadət qazanmağa imkan verdi.
Əvvəlki ayələrdə Fövqəluca Özünün müsəlmanlara bəslədiyi mərhəməti haqqında xəbər verirdi. O (Pak və Müqəddəs), onlara savadsız Peyğəmbər (s.ə.s) göndərdi və onlara gözəl kefiyyətlər və üstün məziyyətlər verdi ki, onları bundan sonra da ötüb keçən olmayacaqdır. O (Pak və Müqəddəs), bir zamanlar savadsız olan bu ümmətə özlərindən əvvəlkiləri və ardıcıllarını və hətta ilahiyyat sahəsində özlərini ən bilikli sayan Kitab əhlini də arxada qoymağa imkan yaratdı. Daha sonra Rəbb xəbər verir ki, Tövratı öyrənmələri və onun hökümlərini rəhbər tutmaları əmr olunmuş yəhudilər və xristianlar, bunu yerinə yetirmədilər.