As-Saff · 61:11
تُؤْمِنُونَ بِٱللَّهِ وَرَسُولِهِۦ وَتُجَٰهِدُونَ فِى سَبِيلِ ٱللَّهِ بِأَمْوَٰلِكُمْ وَأَنفُسِكُمْ ۚ ذَٰلِكُمْ خَيْرٌۭ لَّكُمْ إِن كُنتُمْ تَعْلَمُونَ
Allaha və Onun Elçisinə iman gətirin, Allah yolunda malınız və canınızla cihad edin. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir.
Təfsir · əs-Səədi · Ayə 11
Tamamilə aydındır ki, kamil iman – Allahın bütün nazil və hökm etdiklərinin doğruluğuna möhkəm əminlik və etiqad etməkdir ki, bunlar da xeyirxah əməllərlə təsdiq olunur. Bu əməllərin ən əzəmətlisi Allah yolunda edilən cihaddır.
Ey müsəlmanlar! Allah yolunda öz malınızla və öz nəfsinizlə cihad edin[1]. İslam düşmənlərini dəf etməkdən ötrü həyatınızı belə əsirgəməyin və qoy sizin yeganə məqsədiniz Allahın dinini yer üzündə bərqərar etmək və Onun adını şərəfləndirmək olsun. Bundan ötrü, insan qəlbinin var-dövlətdən çox həvəssiz və çətinliklə ayrıla biləcəyini nəzərə alaraq, öz malınızdan imkanınız yol verdiyi qədər sərf edin. Bunun sayəsində siz düşmənləriniz üzərində üstünlük qazanarsınız, qüdrətə yiyələnərsiniz, zənginliyə və mənəvi əmin-amanlığa nail olarsınız. Bu, sizin bu dünyada nəsibiniz olar, Axirət həyatında isə siz Allahın mükafatını qazanar və Onun cəzasından xilas olarsınız. Buna görə daha sonra Allah, möminləri öldükdən sonra gözləyən mükafatı xatırladır və belə buyurur: