As-Saff · 61:6
وَإِذْ قَالَ عِيسَى ٱبْنُ مَرْيَمَ يَٰبَنِىٓ إِسْرَٰٓءِيلَ إِنِّى رَسُولُ ٱللَّهِ إِلَيْكُم مُّصَدِّقًۭا لِّمَا بَيْنَ يَدَىَّ مِنَ ٱلتَّوْرَىٰةِ وَمُبَشِّرًۢا بِرَسُولٍۢ يَأْتِى مِنۢ بَعْدِى ٱسْمُهُۥٓ أَحْمَدُ ۖ فَلَمَّا جَآءَهُم بِٱلْبَيِّنَٰتِ قَالُوا۟ هَٰذَا سِحْرٌۭ مُّبِينٌۭ
Bir zaman Məryəm oğlu İsa demişdi: “Ey İsrail oğulları! Həqiqətən, mən Allahın sizə göndərdiyi, məndən əvvəl nazil edilmiş Tövratı təsdiqləyən və məndən sonra gələcək Əhməd adlı peyğəmbərlə sizi müjdələyən bir elçisiyəm!” Allahın elçisi onlara açıq-aydın dəlillər gətirdikdə onlar: “Bu, aşkar bir sehrdir!”– dedilər.
Təfsir · əs-Səədi · Ayə 6
Allah xəbər verir ki, İsrail oğulları necə bir inadkarlıqla Məryəm oğlu İsa peyğəmbərin (ə) dəvətinə müqavimət göstərirdilər. O (ə) demişdir: “Ey İsrail oğulları! Rəbb məni göndərmişdir ki, sizi xeyirxahlığa çağırım və şərdən çəkindirim. O, mənə aşkar möcüzələrlə kömək edir ki, sözlərimin həqiqiliyi təsdiq edilsin. Mən mənə qədər nazil edilmiş Tövratın gerçəkliyini təsdiq edirəm. Mən sizə, bir zamanlar Musanın (ə) sizə Tövratı gətirdiyi kimi bir Səmavi Kitab gətirmişəm. Əgər mən yalançı olsaydım, onda mən mənə qədər sadiq peyğəmbərlərin və elçilərin (onlara salam oldun!) xəbər verdiklərini sizə açıqlamazdım. Mən Tövrat Kitabının gerçəkliyini təsdiq edirəm, çünki o, mənim peyğəmbərliyimdən xəbər verir və mənim haqqımda siz onda müjdə oxuyursunuz. Mən gəlmişəm ki, onun gerçəkliyinə şahidlik edim və sizə məndən sonra gələcək və adı Əhməd olacaq Elçi haqqında müjdə verim». O (ə), ərəblərin ağsaqqalı Haşimin bilavasitə nəslindən olan Əbdülmütəllibin nəvəsi və Abdullahın oğlu Muhəmməd Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun!) bəhs edir.
Beləliklə, Allahın bütün digər peyğəmbərləri kimi, İsa peyğəmbər (ə) də özündən əvvəlki peyğəmbərin (ə) gerçəkliyini təsdiq etmiş və gələcək Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) haqqında müjdə vermişdir. Heç də Allahın elçisi adına iddia edən, elçilərin və peyğəmbərlərin təlimlərinə və qanunlarına ən böyük azğınlıqla zidd olan yalançılar belə rəftar etmirlər və yalnız yaramaz əxlaq və alçaq sifətləri ilə fərqlənirlər.
İsa peyğəmbərin (ə) gələcəyini öncədən xəbər verdiyi Muhəmməd (ona Allahın salavatı və salamı olsun!) Allahın elçisi və haqq peyğəmbər olmasının təkzibolunmaz dəlilləri ilə gəldikdə, onlar onu (s.ə.s) sehrbaz adlandırdılar. Haqqın yalançı düşmənləri məhz belə edərdilər və edirlər və əslində onların küfrü və ağılsızlığı gör necə də yamandır!
Onlar peyğəmbərliyi buludsuz səmada günəş kimi parlaq və aydın olanı falçı və sehrbaz hesab etdilər! Bundan da qorxunc xəyanət varmı?! Məgər açıq-aşkar haqqı inkar edən və elçiləri onlara qətiyyən aid olmayan şeylərdə günahlandıran insanların böhtanından da böyük böhtan varmı?