Al-Jumuah · 62:1
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ يُسَبِّحُ لِلَّهِ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ٱلْمَلِكِ ٱلْقُدُّوسِ ٱلْعَزِيزِ ٱلْحَكِيمِ
Göylərdə və yerdə olanların hamısı Hökmran, Müqəddəs, Qüdrətli, Müdrik Allahın şəninə təriflər deyir.
Təfsir · əs-Səədi · Ayə 1
Göylərin və yerin sakinləri Allahı mədh edir, Ona pərəstiş edir, Ona ibadət edir və Onun iradəsinə itaət göstərirlər, çünki Onun hakimiyyəti hüdudsuzdur. O (Pak və Müqəddəs), – göylərin və yerin Ona itaət etdiyi, Kainatın bütün məxluqlarının Onun qulları olduğu Hökmdardır. O – pakdır və hər hansı qüsurdan uzaqdır. O – fövqəlqüdrətlidir və bütün varlıqlar Onun hökmü altındadırlar. O – Müdrikdir, istədiyini xəlq edir və hər şeyi Öz ilahi hikmətinə uyğun olaraq idarə edir. Allahın bu əzəmətli adları və sifətləri hər bir insandan yalnız tək Ona ibadət etməyi tələb edir.