Al-Jumuah · 62:11
وَإِذَا رَأَوْا۟ تِجَٰرَةً أَوْ لَهْوًا ٱنفَضُّوٓا۟ إِلَيْهَا وَتَرَكُوكَ قَآئِمًۭا ۚ قُلْ مَا عِندَ ٱللَّهِ خَيْرٌۭ مِّنَ ٱللَّهْوِ وَمِنَ ٱلتِّجَٰرَةِ ۚ وَٱللَّهُ خَيْرُ ٱلرَّٰزِقِينَ
Onlar ticarət və ya əyləncə gördükləri zaman dağılışıb ona tərəf qaçdılar və səni minbərdə ayaq üstə olduğun halda tərk etdilər. De: “Allah yanında qazanacağınız savab əyləncədən də, ticarətdən də xeyirlidir. Allah ən yaxşı ruzi verəndir”.
Təfsir · əs-Səədi · Ayə 11
Bu, cümə günü, cümə namazından əvvəl Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) xütbə verərkən olmuşdu. Camaat Mədinəyə ticarət karvanı gəldiyini eşidən kimi, Allahın Elçisini (ona Allahın salavatı və salamı olsun!) minbərdə ayaq üstə olduğu halda qoyaraq, məsciddən çıxıb, mal almağa başladılar. Onlar yanlış qərar qəbul etdilər və özlərini çox nalayiq apardılar.
Ey Muhəmməd! Onlara xəbər ver ki, xeyirxahlığa can atan və Allaha səbirlə ibadət edənlər üçün hazırlanmış mükafat, yalnız kiçik bir mənfəət gətirəcək və eyni zamanda insanları Axirət həyatının Böyük təltifindən məhrum edəcək ticarətdən və əyləncədən daha yaxşıdır. Lakin Allaha səbirlə və zəruri səylə ibadət insanın ruzisini yer üzündə heç vaxt azaltmaz, çünki Allah – Ən Yaxşı Ruziverəndir. O (Pak və Müqəddəs), Özünün dindar və mömin qullarına onların hətta heç gözləmədikləri yerdən nemət verir.
Bu ayələr bir neçə hökümlərdən ibarətdir:
Camaat halında cümə namazı müsəlmanlar üçün vacibdir və buna görə onlar ona diqqətlə yanaşmalı və ona tələsməlidirlər.
Müsəlmanlar iki hissədən ibarət olan cümə namazından əvvəl xütbə oxunuşunda iştirak etməlidirlər, çünki Quran şərhçiləri deyirlər ki, “...Allahı zikr etməyə yönəlin” sözlərində məhz belə xütbələr nəzərdə tutulur.
Cümə namazından əvvəl azan verilməsi buyurulmuşdur.
Cümə namazına azan verildikdən sonra ticarət qadağandır, çünki o, möminlərə fərz hökümlərdən birini yerinə yetirməyə mane olur. Buradan belə bir nəticə çıxarılır ki, istənilən iş, hətta öz mahiyyəti etibarı ilə icazə verilən olsa da, vacib bir işin yerinə yetirilməsinə mane olduqda, qadağan edilir.
Rəbb cümə xütbəsində iştirak etməyi, onu sakitcə dinləməyi buyurmuş və bunu etməyənləri qınamışdır.
Hər dəfə maddi mənfəət, əyləncə və ehtiraslar Allahın qulunu özünə cəlb etdikdə, o xatırlamalıdır ki, Allah Onun lütüfkarlığını axtaranlara və öz alçaq istəklərinə uymayanlara daha yaxşı əvəz vəd etmişdir.
[1] Yəni, doğuluşundan başlayaraq ta peyğəmbərliyinə qədərki bütün tarixi, məişəti və özəllikləri nəzərdə tutulur. F.S.
[2] Ərəbcə: Əmin. F.S.
[3] Allahın mərhəməti. F.S.
[4] Bu o demək deyildir ki, azanı müxtəlif səbəblərə görə eşitməyən müsəlmanlar onun vaxtını bildikləri halda, azan səsini eşitmədikcə cümə namazına və ya digər namazları qılmaq üçün məscidə getməməlidir və ya evində namaz qılmamalıdır.F.S.