Al-Jumuah · 62:8
قُلْ إِنَّ ٱلْمَوْتَ ٱلَّذِى تَفِرُّونَ مِنْهُ فَإِنَّهُۥ مُلَٰقِيكُمْ ۖ ثُمَّ تُرَدُّونَ إِلَىٰ عَٰلِمِ ٱلْغَيْبِ وَٱلشَّهَٰدَةِ فَيُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ
De: “Qaçdığınız ölüm sizi mütləq haqlayacaqdır. Sonra siz qeybi və aşkarı Bilənin hüzuruna qaytarılacaqsınız. O da sizə nə etdiklərinizi xəbər verəcəkdir”.
Təfsir · əs-Səədi · Ayə 8
Qoy onlar əllərinin törətdiklərindən dəhşətə gələrək, özlərinə ölüm arzulamaqdan boyun qaçırsınlar, qoy onlar ondan var gücləri ilə qaçıb, canlarını qurtarmağa çalışsınlar – bu onlara onsuz da kömək etməyəcək. Ölüm onları mütləq yaxalayacaq, çünki bu sonluq Allahın bütün qullarını gözləyir. Onların müddəti çatanda və ölüm gəldikdə isə, hamısı qeybi və aşkarı Bilən Allahın yanına qaytarılacaqlar. Bax, onda, Qiyamət günü, O (Pak və Müqəddəs), onlara törətdikləri hər şey haqqında: ən kiçik və böyük işlərindən, xeyir və şər təşəbbüslərindən xəbər verəcəkdir.