Al-Jumuah · 62:6
قُلْ يَٰٓأَيُّهَا ٱلَّذِينَ هَادُوٓا۟ إِن زَعَمْتُمْ أَنَّكُمْ أَوْلِيَآءُ لِلَّهِ مِن دُونِ ٱلنَّاسِ فَتَمَنَّوُا۟ ٱلْمَوْتَ إِن كُنتُمْ صَٰدِقِينَ
De: “Ey yəhudilər! Əgər insanlar arasında ancaq özünüzün Allahın dostları olduğunuzu iddia edirsinizsə və doğru danışanlarsınızsa, onda özünüzə ölüm diləyin!”
Təfsir · əs-Səədi · Ayə 6
Yəhudilərin zalımlığı və inadkarlığı ondadır ki, onlar öz azğınlıqlarını dərk edirlər, lakin buna baxmayaraq, inadcıllıqla iddia edirlər ki, təkcə onlar haqq yolun tərəfdarlarıdır və Allahın sevimli dostlarıdır.
Ey yəhudilər! Əgər siz doğru deyirsinizsə, doğrudan da haqq yolla gedirsinizsə və Allahın ən sevimli dostlarısınızsa, onda ölümü arzulayın. Axı bu çox sadə bir işdir. Əgər siz doğrudan da baxışlarınızın və əməllərinizin haqlı və ədalətli olduğuna əminsinizsə, onda siz mütləq bu çağırışa cavab verməli və özünüzə ölüm arzu etməlisiniz. Yox, əgər siz yalan danışırsınızsa, onda siz bunu etməzsiniz.