Al-Jumuah · 62:10
فَإِذَا قُضِيَتِ ٱلصَّلَوٰةُ فَٱنتَشِرُوا۟ فِى ٱلْأَرْضِ وَٱبْتَغُوا۟ مِن فَضْلِ ٱللَّهِ وَٱذْكُرُوا۟ ٱللَّهَ كَثِيرًۭا لَّعَلَّكُمْ تُفْلِحُونَ
Namaz başa çatdıqdan sonra yer üzünə dağılıb Allahın lütfünü axtarın və Allahı çox zikr edin ki, bəlkə nicat tapasınız.
Təfsir · əs-Səədi · Ayə 10
Cümə namazı başa çatdıqdan sonra yer üzündə əlverişli sövdələşmək və maddi qismətinizin axtarışı üçün ətrafa yayılın. Ticarətlə məşğuliyyət sizi labüd olaraq Allahı xatırlamaqdan yayındıracaq və buna görə siz öz Rəbbinizi tez-tez yad edin və bununla da ruhunuzu möhkəm saxlayın. Allahı ayaq üstə, oturduğunuz və ya uzandığınız halda, hansı vəziyyətdə olmağınızdan asılı olmayaraq, xatırlayın. Həqiqətən, Allahı tez-tez yada salma – müvəffəqiyyətin ən mühüm rəhnlərindən biridir.