Al-Munafiqun · 63:10
وَأَنفِقُوا۟ مِن مَّا رَزَقْنَٰكُم مِّن قَبْلِ أَن يَأْتِىَ أَحَدَكُمُ ٱلْمَوْتُ فَيَقُولَ رَبِّ لَوْلَآ أَخَّرْتَنِىٓ إِلَىٰٓ أَجَلٍۢ قَرِيبٍۢ فَأَصَّدَّقَ وَأَكُن مِّنَ ٱلصَّٰلِحِينَ
Sizlərdən birinə ölüm gəlib: “Ey Rəbbim! Mənə bir az möhlət ver ki, sədəqə verib əməlisalehlərdən olum!”– deməmişdən əvvəl sizə verdiyim ruzidən xərcləyin.
Təfsir · əs-Səədi · Ayə 10
Bu hökm fərz ianələrə, o cümlədən, zəkata, sədəqəyə, sövcələrin və kölələrin maddi təminatına və həm də istənilən könüllü surətdə verilən və xeyirxah məqsədlər üçün nəzərdə tutulan ianələrə aiddir. Eyni zamanda, Allah qullarını çətinliyə salmaq istəməyərək, onları çıxılmaz vəziyyətdə qoymur, Onun onlara əta etdiyinin yalnız bir hissəsini paylamağı əmr edir. O (Pak və Müqəddəs), insanların vəzifələrini asanlaşdırır və Özü də onları yerinə yetirməkdə qullarına kömək göstərir.
Buna görə sizə nemətlər Bəxşedən Allaha həmd edin və ölüm sizə gəlməmişdən öncə ehtiyacı olan qardaşlarınıza təskinlik verin, çünki sonra siz artıq zərrə qədər ağırlığında xeyirxahlıq edə bilməyəcəksiniz. Elə onda siz əldən çıxartdığınız imkanlara görə təəssüflənəcək və Allahdan sizi geri qaytarmasına dua edəcək və deyəcəksiniz: “Ey Rəbbimiz! Əgər Sən mənə qısa müddətə də olsa möhlət versəydin, onda mən etmədiklərimin yerini doldurardım və cəzadan xilas olmaq və bol mükafata layiq görülmək üçün sədəqə paylayardım. Mən dinin bütün hökümlərini yerinə yetirib, həccə gedib, xeyirxahlıq edib və bütün qadağa edilənlərdən çəkinərək, salehlərdən biri olardım».
Lakin məşum ölümün gəlməsi ilə günahkarların arzularının gerçəkləşməsinin möhləti qurtarır və onlar artıq can atdıqlarını əldə edə bilməyəcəklər. Buna görə Allah belə buyurur: