Al-Munafiqun · 63:8
يَقُولُونَ لَئِن رَّجَعْنَآ إِلَى ٱلْمَدِينَةِ لَيُخْرِجَنَّ ٱلْأَعَزُّ مِنْهَا ٱلْأَذَلَّ ۚ وَلِلَّهِ ٱلْعِزَّةُ وَلِرَسُولِهِۦ وَلِلْمُؤْمِنِينَ وَلَٰكِنَّ ٱلْمُنَٰفِقِينَ لَا يَعْلَمُونَ
Onlar: “Əgər biz Mədinəyə qayıtsaq, ən qüdrətlilər (münafiqlər) ən alçaqları (müsəlmanları) mütləq oradan çıxardacaqlar!”– deyirlər. Halbuki qüdrət yalnız Allaha, Onun Elçisinə və möminlərə məxsusdur, lakin bunu münafiqlər bilmirlər.
Təfsir · əs-Səədi · Ayə 8
Bu, Mureysi yaxınlığında döyüşlər zamanı baş vermişdi. O vaxt bəzi mühacirlərlə ənsarlar arasında inciklik baş vermişdi. Münafiqlər isə bundan istifadə etmək imkanını əldən qaçırmayıb, ürəklərində gizlətdikləri ikiüzlülüyü faş etdilər. Onların Abdullah b. Ubey b. Salul adlı başçısı demişdi: “İti yedizdirərsən, sonra səni də yeyər. Bu deyəsən, bizim və onların (yəni, mühacirlərin) haqqında deyilmişdir».
Sonra o, vəd etdi ki, onlar Mədinəyə qayıtdıqdan sonra, güclülər zəifləri oradan qovacaqlar. O, nəzərdə tuturdu ki, hakimiyyət və güc onun və onun ikiüzlü arxadaşlarının əlindədir və Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) və tərəfdarları zəif və gücsüzdürlər. Lakin əslində hər şey əksinə idi. Əzəmət Allaha, Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) və möminlərə məxsusdur. Məhz onlar əzəmət və qüdrətlə rövnəqləndirilmişdilər, ikiüzlülər və onların kafir arxadaşları isə, alçaldılmış və zəlillərdir. Lakin münafiqlər bundan xəbərsizdirlər. Onlar öz yalançı baxışları ilə özlərini aldatmışdılar və buna görə də özlərini güclü və hökümran insanlar adlandırmağa cəsarət edirdilər.