Al-Munafiqun · 63:4
۞ وَإِذَا رَأَيْتَهُمْ تُعْجِبُكَ أَجْسَامُهُمْ ۖ وَإِن يَقُولُوا۟ تَسْمَعْ لِقَوْلِهِمْ ۖ كَأَنَّهُمْ خُشُبٌۭ مُّسَنَّدَةٌۭ ۖ يَحْسَبُونَ كُلَّ صَيْحَةٍ عَلَيْهِمْ ۚ هُمُ ٱلْعَدُوُّ فَٱحْذَرْهُمْ ۚ قَٰتَلَهُمُ ٱللَّهُ ۖ أَنَّىٰ يُؤْفَكُونَ
Sən onlara baxdıqda bədən quruluşları xoşuna gəlir, danışanda onların dediklərinə qulaq asırsan. Halbuki, onlar divara söykədilmiş dirəklər kimidirlər. Onlar hər bir səs-küyün özlərinə qarşı olduğunu sanırlar. Onlar düşməndirlər. Sən onlardan çəkin! Allah onları məhv etsin, necə də haqdan döndərilirlər!
Təfsir · əs-Səədi · Ayə 4
Onların parlaq görünüşləri sənin xoşuna gəlir və sən onların şirin və gözəl sözlərinə həvəslə qulaq asırsan. Onların görkəmləri və nitqləri cazibədardır, lakin bunların arxasında nə gözəl əxlaq, nə saleh əməllər yoxdur. Onlar çəpərə dayaq vurulan dirəklərə oxşayırlar, yəni, onlardan heç bir fayda yoxdur, yalnız ziyan gəlir. Hər bir bərkdən gələn səsi öz əleyhlərinə yönəldilmiş hesab edirlər, çünki ürkək və qorxaqdırlar. Onların ürəkləri zəiflik və şübhələrlə doludur və hələ, bundan əlavə, onlar bu məziyyətlərini insanların da biləcəyindən ehtiyat edirlər. Onlar əsil düşmənlərdir, çünki aşkarda olan düşmən həmişə daha az təhlükəli olur. Gizli düşmənin heç varlığı haqqında şübhə belə etmirsən, halbuki o, bütün bu vaxtlar ərzində hiyləgərlik edir, fitnə-fəsad törədir və özünü elə göstərir ki, sanki sənin dostun və köməkçindir. Allah belələrini məhv etsin! Onlar, islamın təkzibolunmaz həqiqəti və onun təliminin gerçəkliyi onlara aydın olduqdan sonra, islamdan necə də döndülər! Axı kafirlik onlara ziyandan və bədbəxtlikdən başqa heç nə verməyəcəkdir.