Al-Munafiqun · 63:9
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تُلْهِكُمْ أَمْوَٰلُكُمْ وَلَآ أَوْلَٰدُكُمْ عَن ذِكْرِ ٱللَّهِ ۚ وَمَن يَفْعَلْ ذَٰلِكَ فَأُو۟لَٰٓئِكَ هُمُ ٱلْخَٰسِرُونَ
Ey iman gətirənlər! Nə mallarınız, nə də övladlarınız sizi Allahın zikrindən yayındırmasın! Bunu edənlər ziyana uğrayanlardır.
Təfsir · əs-Səədi · Ayə 9
Fövqəluca qullarına Onu tez-tez yad etməyi buyurur ki, onlar ən böyük nemətə və həqiqi qazanca nail ola bilsinlər və tapşırır ki, onların övladları və malları onları Allahı xatırlamaqdan yayındırmasın. Qəlbində övladlarına və var-dövlətə məhəbbət duyğusu insana xas olan bir xislətdir. Lakin bu məhəbbəti Allaha bəslənən sevgidən üstün tutan hər kəs çox nəhəng bir ziyana uğrayır. Əgər insan uşaqlarına və ya var-dövlətinə görə başını itirərək, Allahı unudursa, onda o, mütləq zərər çəkir, çünki o, fani və keçici olanı sonsuzluqdan üstün tutaraq, əbədi aləmdə özünü xoşbəxtlikdən və Səadətdən məhrum etmiş olur. Fövqəluca buyurur: “Bilin ki, sizin malınız və övladlarınız sınaqdır və, həqiqətən, Böyük Mükafat – Allahın dərgahındadır” (Ənfal, 8/28).