Al-Munafiqun · 63:5
وَإِذَا قِيلَ لَهُمْ تَعَالَوْا۟ يَسْتَغْفِرْ لَكُمْ رَسُولُ ٱللَّهِ لَوَّوْا۟ رُءُوسَهُمْ وَرَأَيْتَهُمْ يَصُدُّونَ وَهُم مُّسْتَكْبِرُونَ
Onlara: “Gəlin Allahın Elçisi sizin üçün bağışlanma diləsin!”– deyildiyi zaman başlarını yelləyir və sən onların özlərini dartaraq üz döndərdiklərini görürsən.
Təfsir · əs-Səədi · Ayə 5
Münafiqlərə təklif edəndə ki, Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) yanına, onların bağışlanmasından ötrü Allaha dua etməsi üçün gəlsinlər və Allah onların törətdiklərini bağışlasın, onların qəlbini təmizləsin və əməllərini qəbul etsin, amma onlar buna qəzəblə müqavimət göstərir və başlarını yelləyirlər ki, bununla da təklifdən imtina etdiklərini bildirirlər. Sən onda görürsən ki, onlar haqdan necə bir təkəbbür və nifrətlə üz döndərirlər və sənin iradənin əksinə çıxırlar.
Onların, Allahın Elçisinə (ona Allahın salavatı və salamı olsun!) onlar üçün dua etməsindən ötrü müraciət etməyə dəvət edilmələrinin cavabı belə idi və Allah Öz Seçilmiş Nümayəndəsinə (ona Allahın salavatı və salamı olsun!) ehtiram göstərərək, onu (s.ə.s) bu ləyaqətsiz insanlar üçün bağışlanma diləmək zəruriyyətindən xilas etdi.