Al-Munafiqun · 63:7
هُمُ ٱلَّذِينَ يَقُولُونَ لَا تُنفِقُوا۟ عَلَىٰ مَنْ عِندَ رَسُولِ ٱللَّهِ حَتَّىٰ يَنفَضُّوا۟ ۗ وَلِلَّهِ خَزَآئِنُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَلَٰكِنَّ ٱلْمُنَٰفِقِينَ لَا يَفْقَهُونَ
Məhz onlar: “Allahın Elçisi yanında olanlara bir şey verməyin ki, dağılıb getsinlər!”– deyirlər. Halbuki göylərin və yerin xəzinələri Allahındır, lakin münafiqlər anlamırlar.
Təfsir · əs-Səədi · Ayə 7
İkiüzlülərin sözləri onların Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) və müsəlmanlara qarşı amansız nifrətini təsdiq edir. Səhabələrin həmrəyliyini və onların Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) lütüfkarlığını qazanmağa can atdıqlarını gördükdə, münafiqlər fitnə-fəsad niyyətinə düşdülər və öz həmkarlarını Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) səhabələrinə, onlar onunla (s.ə.s) əlaqələrini kəsməyənədək, sədəqə verməməyə sövq edirdilər. Münafiqlər belə hesab edirdilər ki, onların var-dövləti və sədəqələri olmasaydı, səhabələr Allahın dinini müdafiə etməzdilər. Qəribədir ki, bu fikirlər, dini ilk addımda satmağa və müsəlmanlara zərər vurmağa hazır olan insanların ağlına gəlmişdi! Doğrudan da, belə azğınlıq yalnız hadisələrin əsil mahiyyətini bilməyənlər tərəfindən müdafiə edilə bilər.
Fövqəluca onların sözlərini təkzib edərək, bəyan edir ki, O (Pak və Müqəddəs), neməti istədiyi kimsələrə nazil edir və onu istədiklərindən də məhrum edir. Bəzilərinə nemətə olan yolu yüngülləşdirir, digərlərinə isə çətinləşdirir. Amma münafiqlər bunu bilmirlər, əks təqdirdə onlar belə danışmazdılar və yerin bütün nemətlərinin onların əlində və tamamilə onların iradəsinə tabe olduğunu hesab etməzdilər.