At-Tahrim · 66:1
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ يَٰٓأَيُّهَا ٱلنَّبِىُّ لِمَ تُحَرِّمُ مَآ أَحَلَّ ٱللَّهُ لَكَ ۖ تَبْتَغِى مَرْضَاتَ أَزْوَٰجِكَ ۚ وَٱللَّهُ غَفُورٌۭ رَّحِيمٌۭ
Ey Peyğəmbər! Zövcələrini razı salmağa çalışaraq Allahın sənə halal etdiyi şeyi nə üçün özünə qadağan edirsən? Allah Bağışlayandır, Rəhmlidir.
Təfsir · əs-Səədi · Ayə 1
Allah Muhəmməd Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun!), o, köləsi Mariyanı özü üçün toxunulmaz elan etdiyinə görə, məzəmmət edir. Deyirlər ki, həmçinin o (s.ə.s.) heç vaxt bal içməyəcəyinə də and içmişdi. Bununla o (s.ə.s.) öz zövcələrindən bəzilərini razı salmaq istəyirdi və bunun tarixçəsi yaxşı məlumdur.
O vaxt Fövqəluca ona (s.ə.s.) bu sözlərlə müraciət etmişdi: “Ey Allahın Özünə Peyğəmbər və Elçi seçdiyi, Öz Vəhyi ilə şərəfləndirdiyi qulu! Niyə sən Allahın sənə və ardıcıllarına əta etdiyi nemətdən imtina edirsən? Bil ki, sənin Rəbbin – Bağışlayandır, Rəhimlidir».
Bu sözlərdən açıq-aşkar görünür ki, Allah Öz Elçisini (ona Allahın salavatı və salamı olsun!) artıq bağışlamış və onu (s.ə.s.) Öz qınağından xilas etmişdir. Fövqəluca ona (s.ə.s.) rəhm etmiş və onun (s.ə.s) rəftarı müsəlmanlara yeni bir müdrik vəhyin nazil edilməsinə səbəb olmuşdur.[1]