At-Tahrim · 66:8
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ تُوبُوٓا۟ إِلَى ٱللَّهِ تَوْبَةًۭ نَّصُوحًا عَسَىٰ رَبُّكُمْ أَن يُكَفِّرَ عَنكُمْ سَيِّـَٔاتِكُمْ وَيُدْخِلَكُمْ جَنَّٰتٍۢ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ يَوْمَ لَا يُخْزِى ٱللَّهُ ٱلنَّبِىَّ وَٱلَّذِينَ ءَامَنُوا۟ مَعَهُۥ ۖ نُورُهُمْ يَسْعَىٰ بَيْنَ أَيْدِيهِمْ وَبِأَيْمَٰنِهِمْ يَقُولُونَ رَبَّنَآ أَتْمِمْ لَنَا نُورَنَا وَٱغْفِرْ لَنَآ ۖ إِنَّكَ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌۭ
Ey iman gətirənlər! Allaha səmimi olaraq tövbə edin. Ola bilsin ki, Rəbbiniz günahlarınızdan keçsin və sizi, Allah o Peyğəmbəri və onunla birlikdə iman gətirənləri utandırmayacağı gündə, ağacları altından çaylar axan Cənnət bağlarına daxil etsin. Onların nuru önlərindən və sağ tərəflərindən ətrafa yayılacaqdır. Onlar deyəcəklər: “Ey Rəbbimiz! Nurumuzu bizim üçün tamamla və bizi bağışla. Həqiqətən, Sən hər şeyə qadirsən!”
Təfsir · əs-Səədi · Ayə 8
Allah insana Onun qarşısında səmimiyyətlə tövbə etməyi buyurur və bunun əvəzində onu mükafatlandıracağını - əvvəllər törətdiyi günahlarını ona bağışlayacağını, onu sevindirəcəyini və digər uğur qazanmış qulları ilə birlikdə Cənnətə daxil edəcəyini vəd edir. Dirilmə günü möminlər öz imanlarının nuru ilə qarşı tərəflərini işıqlandıracaqları və onun parlaq işığı sayəsində hərəkər edəcəkləri vaxt, əmin-amanlıqdan, asayişdən həzz alacaqları zaman, onlar birdən görəcəklər ki, münafiqlərin yolunu işıqlandıran işıq sönür. Belə olduqda möminləri qorxu bürüyəcək, onlar Allaha müraciət edərək, onların iman nurunu söndürməməyi və onu sınağın sonuna qədər uzatmağı xahiş edəcəklər. Allah onların xahişinə qulaq asacaq, onlara onları Səadət bağlarına gətirəcək işıq və əminlik əta edəcək və orada onlar öz Mərhəmətli Rəbbinin yaxınlığında yerləşəcəklər. Bütün bunlar – səmimi və təmiz vicdanla tövbə etmənin bəhrələridir. Bundan ötrü insan bütün günahlarını ixlasla, Allah xatirinə tövbə etməli və həmişə də buna sadiq qalmalıdır.