At-Tahrim · 66:4
إِن تَتُوبَآ إِلَى ٱللَّهِ فَقَدْ صَغَتْ قُلُوبُكُمَا ۖ وَإِن تَظَٰهَرَا عَلَيْهِ فَإِنَّ ٱللَّهَ هُوَ مَوْلَىٰهُ وَجِبْرِيلُ وَصَٰلِحُ ٱلْمُؤْمِنِينَ ۖ وَٱلْمَلَٰٓئِكَةُ بَعْدَ ذَٰلِكَ ظَهِيرٌ
Əgər ikiniz də Allaha tövbə etsəniz, yaxşı olar. Çünki hər ikinizin qəlbi günaha meyl etmişdir. Əgər Peyğəmbərə qarşı bir-birinizə dəstək versəniz, bilin ki, Allah, Cəbrail və əməlisaleh möminlər onun dostu və yardımçısıdır. Bunlardan başqa mələklər də onun yardımçılarıdır.
Təfsir · əs-Səədi · Ayə 4
Fövqəluca bu sözləri ilə Allahın Elçisinin nəcib zövcələrinə - Hafsə və Aişəyə (Allah onlardan razı olsun!) müraciət edirdi, çünki məhz onlar onun (s.ə.s) ona sevimli olanlardan imtina edəcəyi haqqında Allaha and içməsinə səbəb olmuşdular. Allah onlara tövbə etməyi təklif etmiş və onları etdiklərinə görə qınamışdı. O (Pak və Müqəddəs), buyurmuşdu ki, onların qəlbi haqdan, yəni zəruri təqvalılıqdan və əxlaqi ədəbdən kənara meyl etmişdir. Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) zövcələri onunla (s.ə.s) ədəb və nəzakətlə dolanmalı, ona (s.ə.s) ehtiram bəsləməli, onun (s.ə.s) istəklərinə hörmət etməli və heç bir halda onu (s.ə.s) öz şıltaqlıqları ilə sıxmamalıydılar.
Əgər siz inadcıllıq göstərsəniz və bir-birinizi müdafiə etsəniz və onun (s.ə.s) vəziyyətini çətinləşdirməyə çalışsanız, onda unutmayın ki, ona (s.ə.s) Himayəedən – Allahdır, onun (s.ə.s) dostları isə Cəbrail (ə) və xeyirxah əməl sahibləri olan möminlərdir. Hətta mələklər də onun (s.ə.s) yardımçılarıdır. Onların hamısı Allahın Elçisinə (ona Allahın salavatı və salamı olsun!) kömək edir və yardım göstərirlər.
Beləliklə, Fövqəluca Xaliq Özü Özünə və seçilmiş məxluqlarına alicənab Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) kömək göstərməyi vacib etmişdir.
Bundan başqa, bu ayədə Elçinin (ona Allahın salavatı və salamı olsun!) hər iki nəcib zövcəsinə aydın ifadə edilmiş xəbərdarlıq vardır. Buna görə sonra Allah onları, qadının həyatında ən ağır və xoşagəlməz addım olan boşanma ilə hədələyir.